BAKI, 10 yanvar — Sputnik. Ankara Universitetinin Qida Təhlükəsizliyi universitetinin professor Nevzat Artık alınan toyuqlardan istifadə zamanı diqqətli olmağa çağırıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, dükandan alınan toyuğun üzərində istifadə müddətinə diqqət etmək lazımdır. Məhsulun üzərində olan müddət bitənə kimi istifadə olunmalıdır.
Toyuq ətindən istifadə zamanı bir dəfə donu açılmalıdır. Toyuğun donunu açıb, yenidən dondurmaq olmaz. Çiy toyuğa əl vurandan sonra əllər mütləq yuyulmalıdır. Çiy toyuq bişirilmədən öncə yuyulması zəhərlənmə riskini artırır. Onun üzərində olan mikroblar ətrafa sıçraya bilər. Bunları nəzərə alaraq yumadan bişirmək məsləhət görülür. Ona görə də, çiy toyuğu yaxşı bişirmək lazımdır ki, bütün mikroblar ölsün.
Toyuğun 72 dərəcədən yuxarı temperaturda bişirilməsi məsləhət görülür.