BAKI, 10 yanvar — Sputnik. İDEA İctimai Birliyi tərəfindən istifadəsiz paltar və ayaqqabıların toplanması üçün İanə qutuları quraşdırılıb. Sputnik Azərbaycan-a İDEA-dan bu haqda məlumat daxil olub:
"Artıq ötən gündən etibarən layihəyə start verilib. Hazırda bu pavilyonlar 5 ərazidə quraşdırılıb. Yanacaq doldurma məntəqəsi və marketlərdə quraşdırılıb. Gələcəkdə bu sayın daha da artırılması nəzərdə tutulur".
"Güvən Xeyriyyə Cəmiyyəti və Birlik Təşkilatında siyahı var. Onlar artıq bilirlər ki, yığılan bu məhsullar kimlərə veriləcək. Son hesabat kimi biz bütün məlumatları açıqlayacağıq" – deyə verilən məlumatda bildirilib.
Ynei start verilən bu sosial layihə ilə hər kəs qarderobunda istifadəsiz, yararlı və təmiz qalan geyimləri tullamaq əvəzinə bu qutulara yerləşdirməklə ehtiyacı olan insanlara yardım etmiş olacaq.