ABŞ-ın xarici işlər naziri Suriyadan çəkilməklə bağlı açıqlama verib

© REUTERS / Jonathan ErnstABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz də Türkiyəni dəstəkləyirik" - Mayk Pompeo

BAKI, 10 yanvar — Sputnik. ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Suriyadan çəkilməklə bağlı Donald Trampın qərarını açıqlayıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Pompeo İraq səfərində jurnalistlərə verdiyi açıqlamada bu haqda danışıb.

O bildirib ki, Donald Trampın ABŞ ordusunun Suriyadan çəkilməsi ilə bağlı verdiyi qərar qətidir.

"Türkiyənin terroristlərə qarşı apardığı mübarizəni görürük. Bu mənada biz də Türkiyəni dəstəkləyirik" – deyə Pompeo əlavə edib.

Nazir bir sıra qüvvələr tərəfindən Türkiyənin terrorla təhdid edildiyini və bu mövzuda da rəsmi Ankaraya dəstək olacaqlarını deyib.

 

Xəbər lenti
0