Yanvarın 11-12-si üçün xəbərdarlıq

Abunə olmaq
Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq

BAKI, 10 yanvar - Sputnik. Yanvarın 11-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi  gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Sputnik Azərbaycan bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (STSN) Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir.

Жители столицы на Приморском бульваре в Баку - Sputnik Azərbaycan
ETSN hava ilə bağlı xəbərdarlıq edir

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin məlumatında qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti təşkil edəcək. 

Atmosfer təzyiqi normadan yüksək  770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. 

Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında isə sabah havanın, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb  küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz  7-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 11-i gündüzdən 12-si gündüzədək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti
0