Yasamalda baş verən partlayışın səbəbi açıqlandı

© Photo : REPORTFHN əməkdaşları
FHN əməkdaşları - Sputnik Azərbaycan
Abunə olmaq
Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub

BAKI, 9 yanvar — Sputnik. Xəbər verildiyi kimi yanvar ayının 9-u gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib. Yasamal Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a partlayışın baş vermə səbəbinə aydınlıq gətirilib. 

Bildirilib ki, Yasamalda baş vermiş partlayışın səbəbi ehtiyatsızlıq olub: "Əldə etdiyimiz məlumata görə, həmin ünvanda aparılan ilkin araşdırmalardan oradakı hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olub. Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub".

"Məsələnin araşdırılması davam edir"- deyə Yasamal Rayon İcra Hakimiyyətindən bildirlib.

Xəbər lenti
0