BAKI, 9 yanvar — Sputnik. 2018-ci ildə Azərbaycanın vergi qanunvericiliyində əhəmiyyətli dəyişikliklər edilib. Vergi Məcəlləsinə edilən dəyişiklikləri beş əsas istiqamətə ayırmaq olar. Bunlar - biznesə dəstək, vergidən yayınmaların qarşısının alınması və kölgə iqtisadiyyatı ilə mübarizə, vergiyə cəlb olunanlar bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin effektivliyinin artırılmasıdır.
Bəs Azərbaycanda vergi siyasətinin formalaşmasına yeni yanaşma nədən ibarətdir? Bu barədə yanvarın 11-i saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "İqtisadi Resursların Öyrənilməsi" İctimai Birliyinin sədri Ruslan Atakişiyev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin direktoru Radil Fətullayev və Bakı Hesabat Mərkəzinin direktoru, müstəqil auditor Mehdi Babayev danışacaqlar.
Tədbirin gedişində "Facebook" sosial şəbəkəsi vasitəsilə ekspertlərə birbaşa suallarla müraciət etmək mümkündür.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə.