CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Auditor işləmək istəyənlərin nəzərinə

CC0 / MarleneBitzer / BusinessmanМужчина с портфелем, фото из архива
Мужчина с портфелем, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Möhürlənmiş kotirovka təkliflərini 11 yanvar 2019-cu il saat 17:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər

BAKI, 9 yanvar — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci ilin yekunlarına görə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMSH) uyğun illik maliyyə hesabatlarının audit olunması xidmətinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Maliyyə Sabitliyi Şurasının tərkibi təsdiq edildi

Sputnik Azərbaycan Maliyyə Bazarlarına Nəzarət  Palatasına istinadən xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasına, Bakı şəhəri, Bülbül prospekti 27 ünvanına (əlaqələndirici şəxs: Rüstəm Kərimov. Telefon: +99412 493-50-58/285, faks +99412498-12-14) müraciət edə bilər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 11 yanvar 2019-cu il saat 17:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Xəbər lenti
0