CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir: “Məqsədimiz elektron sosial müavinət təyinatına keçməkdir”

© Photo : DSMF mətbuat xidmətiAzərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan
Abunə olmaq
Sahil Babayev deyir ki, ən vacib məqam sosial müavinət sisteminə gedəcək şəxslərin məlumatlarının inventarlaşdırılmasıdır
Sahil Babayev sosial müavinətlərin elektronlaşdırılmasından danışır

“Sosial müavinətlərin elektronlaşdırılması istiqamətində iş aparılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2019-cu il ərzində bu sahədə elektronlaşdırmanı yekunlaşdırmağı nəzərdə tuturlar: “Məqsədimiz elektron sosial müavinət təyinatına keçməkdir. Burada ən vacib məqam bu gün sosial müavinət alan 500 min şəxsin, eyni zamanda ildə orta hesabla sosial müavinət sisteminə gedəcək 10-15 min şəxsin məlumatlarının inventarlaşdırılmasıdır. Düşünürük ki, cari il ərzində bunu başa çatdıracağıq”.

Nazir Sahil Babayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0