BAKI, 8 yanvar — Sputnik. "Birləşmiş Ştatlar İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının 99%-ni məhv edib". Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo açıqlama verib.
Onun sözlərinə görə, ABŞ Suriyada kifayət qədər uğurlu hərbi kampaniya həyata keçirib: "Birləşmiş Ştatlar "Obama Administrasiyası vaxtında" baş verən İŞİD-in güclənməsi prosesinin yenidən təkrarlanmamasına çalışacaq. Biz İŞİD-in 99%-ni məhv etmişik. Hər bir xəbəri məhz bu cümlə ilə başlamaq lazımdır".