CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Televizor və samovar oğrusu ələ keçdi

© Sputnik / Shahperi AbbasovaBalakən rayonu
Balakən rayonu  - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı RPŞ-də araşdırma aparılır

 

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 yanvar— Sputnik. Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini bir qadın ona məxsus evdən oğurluq olunması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin Zaqatala rayonu Aşağı Tala kənd sakini Ramin Babayev olduğu müəyyən edilib. Aparılan araşdırmalarla onun vətəndaşa məxsus evdən bir ədəd 800 manat dəyərində televizoru və samovarı oğurladığı aşkar edilib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülərək, istintaqa təhvil verilib.

© Sputnik / Shahperi AbbasovaBalakəndə oğurlanmış televizor
Televizor və samovar oğrusu ələ keçdi - Sputnik Azərbaycan
Balakəndə oğurlanmış televizor

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Xəbər lenti
0