Qıza hücum edib, oğurluq etmək istədi, döyüldü

© AP Photo / Maurilio CheliBraziliya polisi
Braziliya polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Oğrunun şəklini instagram səhifəsində UFC rəhbəri Deyin Uayt paylaşıb.

BAKI, 7 yanvar — Sputnik. Oğru döyüşçü qıza hücum edib döyülüb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Mütlıq Döyüş Çempionatında (UFC) çıxış etmiş braziliyalı Polyana Viana Rio-de-Janeyroda ona hücum edən oğrunu döyüb.

Məlumata görə, qız evinin yaxınlığında taksi gözlədiyi zaman naməlum şəxs ona yaxınlaşaraq, saatı soruşub. Qız ona cavab versə də, kişi uzaqlaşmayıb.

Viana telefonu götürən zaman naməlum şəxs ona:"Telefonu ver və müqavimət göstərmə, mən silahlıyam" deyib.

Döyüşçü qərar verib ki, oğru silahı çıxarmadan onu zərərsizləşdirsin. Və qız ona bir neçə zərbə vurduqdan sonra ətrafdakılardan polis çağırmağı xahiş edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək üzü göyərmiş kişini aparıb.

Oğrunun şəklini instagram səhifəsində UFC rəhbəri Deyin Uayt paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Dana White (@danawhite)

27 yaşlı Viana öz karyerasına 2013-cü ildə başlayıb. Bu müddət ərzində o 12 döyüşdən 10-da qələbə çalıb.

Xəbər lenti
0