CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: Qarşıda təhlükə var!

© Sputnik / Murad OrujovКрупнотоннажный транспорт на трассе Баку - Губа
Крупнотоннажный транспорт на трассе Баку - Губа - Sputnik Azərbaycan
Abunə olmaq
Yol bərbad vəziyyətdə olduğu üçün yolun müəyyən hissələrində sürət həddi 70 kilometr/saata qədər endirilib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Bakı-Quba yolu uzun müddətdir ki, sıradan çıxıb. Bu barədə dəfələrlə deyilsə də, yazılsa da, problem köklü şəkildə həllini tapmayıb. Müvafiq qurum ancaq yolda yaranan kiçik problemləri aradan qaldırmağa çalışıb. Bu da yolun kələ-kötür, yamaqlı vəziyyətə düşməsinə səbəb olub.

Asfalt örtüyü dağılmış yol, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turizm cənnətinə aparan yol təmir ediləcəkmi?

İndi Bakı-Quba yolunu "ölüm yolu" adlandırmaq olar. Əslində, yolda sürət həddi 110 kilometr/saatdır. Ancaq yol, sözün əsl mənasında, bərbad vəziyyətdə olduğu üçün yolun müəyyən hissələrində sürət həddi 70 kilometr/saata qədər endirilib. Bu da avtomagistral üçün uyğun sürət həddi deyil.

Təəssüflər olsun ki, müvafiq qurumlar yolu söküb, yenidən tikmək əvəzinə, çökən yerlərə asfalt tökmək və sürət həddini azaltmaqla kifayətlənib. Səbəb isə çox sadədir - yolun əsaslı təmiri, yəni sökülüb, yenidən tikilməsi üçün vəsait ayrılmalıdır.

Yoldan mütəmadi olaraq istifadə edən sürücülər də vəziyyətin acınacaqlı olduğunu bildirirlər. Sürücü Şahin Əhmədov Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində deyir ki, bir müddət əvvəl yolda çökmələr müşahidə edilib. Sonra həmin hissələrə yamaqlar atılıb.

"İndi əsl təhlükə həmin yamaqlardır. Yol kələ-kötür hala düşüb, təhlükəli vəziyyətdədir. Bir qədər sürəti artırsaq, idarəetməni itirə bilərik. Deyirdilər ki, yolu bu hala ağır tonnajlı yük avtomobilləri salıb. Yolun sağ xətti keçilməz olduğu üçün indi ağır tonnajlı avtomobillər sol zolaqla hərəkət edir. Yol istəsək də, vermirlər. Qısacası, acınacaqlı durumdur" - müsahibimiz bildirir.

Sputnik Azərbaycan məsələ ilə bağlı Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinə (AAYDA) müraciət edib. AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyb ki, Bakı-Quba yolunda müəyyən problemlərin olduğu danılmazdır: "Bu səbəbdən də problem olan hissələrdə yolda sürət həddi endirilib. Problemsiz hissələrdə isə sürət həddi 110-dur".

Bakı-Sumqayıt yolu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı-Sumqayıt yolundan yeni narazılıq var, AAYDA isə "başqa çarə yoxdur" deyir

AAYDA rəsmisi əlavə edib ki, problemin həlli üçün müəyyən tədbirlər görülür: "Yolda problem yaranan zaman çökən hissələrin bərpası dərhal aparılır. Ancaq təəssüflər olsun ki, bu, kifayət etmir".

A.Nəcəflinin sözlərinə görə, sözügedən yoldakı problemin aradan qaldırılması üçün Ceyranbatan istiqamətində, təxminən 2 kilometr ərazi tam sökülüb, drenaj xətləri qoyulub və yenidən monolit beton tökülüb: "Biz müəyyən ərazilərdə işlər görmüşük. Elə ərazilər var ki, yol tamamilə sökülüb və yenidən salınıb. Qubanın Gəndov qəsəbəsindən Zarat postuna qədər ərazidə müəyyən işlər görülüb".

"Agentliyin əməkdaşları ərazidə mütəmadi olaraq işlər görür, sıradan çıxan yollarda bərpa işləri aparırlar. Yolun tamamilə sökülüb, yenidən tikilməsi üçün isə kifayət qədər vəsait tələb olunur" – deyə AAYDA sözçüsü vurğulayıb.

Xəbər lenti
0