BAKI, 7 yanvar — Sputnik. İranda baş verən zəlzələ nəticəsində zərər çəkənlərin sayı 75 nəfərə çatıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İran Təcili Tibbi Yardım Xidmətin rəhbəri Pirhüseyn Gülvinda bildirib.
O, qeyd edib ki, xəsarət alanların böyük əksəriyyəti yüngül xəsarətlər alıb.
Xatırladaq ki, yanvarın 6-da İran-İraq sərhədində 5,7 bal gücündə zəlzələ baş verib.