Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İqtisadçı: “Bütün resursları qeyri-neft sektorunun inkişafına yönəltməliyik”

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, milli iqtisadiyyatın təkmilləşdirilməsi ixrac potensialının inkişafına səbəb olacaq
Müslüm İbrahimov: “Konkret olaraq bəzi sahələrin inkişaf etdirilməsi zəruridir”

“2004-cü ildən indiyə qədər regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı qəbul edilib və onlardan 2-sinin icrası uğurla yekunlaşdırılıb”. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan bütün resurslarını qeyri-neft sektorunun inkişafına yönəltməlidir:

“Bunun üçün konkret olaraq bəzi sahələrin inkişaf etdirilməsi zəruridir. Həmçinin enerji nəqliyyat sahəsinin inkişaf etdirilməsi də iqtisadi potensialın artırılmasında önəmli rol oynayır. Bu işlərin görülməsi milli iqtisadiyyatın struktur baxımından təkmilləşdirilməsi deməkdir. Milli iqtisadiyyatın təkmilləşdirilməsi ixrac potensialının inkişafına səbəb olacaq”.

İqtisadçının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0