Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Batan gəmidə olan azərbaycanlılar haqqında yeni məlumat var - ÖZƏL

© AFP 2023 / OZAN KOSETürkiyədə təcili yardım avtomobili
Türkiyədə təcili yardım avtomobili - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
XİN-dən əldə etdiyimiz məlumata görə, Azərbaycan vətəndaşlarından biri dünyasını dəyişib, digərinin axtarışları davam edir

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, Türkiyənin Samsun şəhərinin sahillərinə yaxın ərazidə, Panama bayrağı altında üzən gəmi batıb. Gəminin batdığına dair siqnal alınandan dərhal sonra xilasetmə əməliyyatlarına başlanılıb. Məlumata görə, xilasetmə əməliyyatı zamanı gəmidəki 13 nəfərlik heyətdən 7-si sağ qurtarılıb. Son olaraq açıqlanan qeyri-rəsmi məlumatda isə 6 nəfərin meyitinin tapıldığı bildirilib. Ekipaj üzvləri sırasında yer alan vətəndaşlarımız adını dəqiqləşdirmək üçün türkiyəli həmkarlarımızla əlaqə saxladıq. Onlar Sputnik Azərbaycan-a ekipajda yer alanların adlarını açıqlayıb:

İsmayılov Turqut – Azərbaycan

İbrahimov Məmmədəli – Azərbaycan

Bodnik Ruslan - Ukrayna

Vyazovski Rostislav - Ukrayna

Şevçuk Stanislav - Ukrayna

Krepets Dmitro – Ukrayna

Ovdlilenko Volodimir - Ukrayna

Milniçenko Pavlo - Ukrayna

Herasçenko Oleq - Ukrayna

İlçenko Yevgeni - Ukrayna

Yatsenko Yevgeni - Ukrayna

Skaçko Denis-Ukrayna

Budko Tatyana – Ukrayna

Azərbaycan XİN-dən əldə etdiyimiz məlumata görə, Azərbaycan vətəndaşlarından biri dünyasını dəyişib, digərinin axtarışları davam edir.

Xəbər lenti
0