BAKI, 7 yanvar — Sputnik. ABŞ prezidentinin Administrasiyası dəfələrlə İran tərəfinə danışıqları bərpa etməyi təklif edib.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İran Ali Şurasının sədri Əli Şamhani bildirib.
"Mən Əfqanıstanda olanda, amerikalılar iki dəfə bizə yenidən danışıqları başlamağı təklif edib", - deyə Şamhani bildirib.
Onun sözlərinə görə, belə bir təkliflə iranlıların çıxış etdiyini bildirən Vaşinqton rəsmiləri yalan danışır.
Şamhani vurğulayıb ki, İran tərəfi hərəkətlərində heç bir məntiq olmayanlarla danışıqlar aparmayacaq: "Birləşmiş Ştatlar bir daha onlara güvənməməli olduqlarını göstərdilər".
Qeyd edək ki, noyabrın 5-dən İrana qarşı yeni sanksiyalar qüvvəyə minib. Yeni sanksiyalar İranın energetika sahəsini – İran neftinin ixracını əhatə edəcək. Rəsmi Vaşinqton bəyan edib ki, onun məqsədi İran neftinin ixracını minimuma endirməkdir.
İran prezidenti Həsən Ruhani bəyan edib ki, İran ABŞ-ın sanksiyalarını aşacaq və ABŞ-ı "peşman edəcək". "Birlik və birgə səylərlə biz sanksiyaları aşacağıq, biz ABŞ-ı peşman olmağa məcbur edəcəyik. Biz ölkəyə xarici investisiyaları cəlb etməyə davam edəcəyik. Biz iqtisadi çiçəklənmə yolunu bərpa edəcəyik" — deyə Ruhani qeyd edib.