Gürcüstanda 158 nəfər donuz qripinə yoluxub

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidЭпидемический грипп и ОРВИ
Эпидемический грипп и ОРВИ - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Bu günə qədər Gürcüstanda 9 nəfər "donuz qripi"ndən ölüb

BAKI, 7 yanvar — Sputnik. Gürcüstanda H1N1 virusuna ("donuz qripi") 158 yoluxma halı qeydə alınıb.

Sputnik Azərbaycan "Novosti Qruziya"ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, qrip virusunun yayılma göstəricisi aşağı düşüb: "Ötən həftənin göstəricilərinə əsasən demək olar ki, 100 min nəfərə infeksiyaya yoluxmuş 256 nəfər düşür. Ötən həftə bu göstərici isə 21 nəfər çox təşkil edib".

Qeyd edək ki, bu günə qədər Gürcüstanda 9 nəfər "donuz qripi"ndən ölüb.

Xəbər lenti
0