Bütün dünyada milyonlarla pravoslav xristian Milad bayramını qeyd edirlər. Beləliklə, onların 40 günlük pəhrizi tamamlanır.
Yanvarın 6-dan 7-sinə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib. Ənənəvi olaraq, əsas Milad ayini isə Jen-Mironosits kilsəsində qeyd olunub. Mərasimi Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr keçirib.
Azərbaycan Prezidenti İlham Əliyev pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib. Dövlət başçısı bu bayramı yenilənmə, əmin-amanlıq, şəfqət və mərhəmət simvolu adlandırıb.
Qeyd edək ki, Milad bayramı ənənəyə uyğun olaraq İsa Məsihin Vifleyem şəhərində Məryəm anadan dünyaya gəlməsinin şərəfinə qeyd olunur.
Jen-Mironosits kilsəsində qeyd olunan Milad ayininin şəkillərinə Sputnik Azərbaycan-ın fotolentində baxın.