Tramp hamıya “atdı” – Suriya siyasəti dəyişdi

© AFP 2024 / Vano ShlamovABŞ ordusunun əsgərləri
ABŞ ordusunun əsgərləri - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz qoşunlarımızı çıxaracağıq. Mən heç vaxt deməmişəm ki, bu belə tez ediləcək", - deyə Ağ Ev rəhbəri bildirib.

BAKI, 6 yanvar — Sputnik. ABŞ-ın Suriya siyasətində ciddi dəyişiklik baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, Vaşinqton Suriyanı tam tərk etmək niyyətindən imtına edib.

Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton - Sputnik Azərbaycan
Con Boltonun Türkiyə səfərinin məqsədləri bəlli oldu

Prezident Con Boltonun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Amerika hərbçilərinin Suriyanın şimal-şərq hissəsini tərk etməyəcəklərini bəyan edib. Bolton bu addımın həmin ərazidə yaşayan kürdləri Türkiyənin hərbi əməliyyatından qorumaqla bağlı olduöunu bildirib.

Onun sözlərinə görə, Türkiyə tam olaraq ABŞ-la razılaşdırılmayan və əlaqələndirilməyən hərbi əməliyyatlar keçirməməlidir. Boltonun sözlərinə görə, Ankaranın addımları nəinki ABŞ qoşunlarına, eləcə də Vaşinqtonun Suriyadakı müttəfiqlərinə təhlükə yaratmamalıdır.

Prezidentin müşaviri onu da bildirib ki, ABŞ qoşunlarının çıxarılması bəyanatı konkret vaxtı nəzərdə tutmur: “Qoşunların çıxarılması qrafiki siyasi qərarlardan asılıdır”.

ABŞ prezidenti Donald Tramp da Birləşmiş Ştatların Suriyadakı qoşunlarının bu ölkədən tezliklə çıxarılacağı barədə məlumatı təkzib edib.

"Biz qoşunlarımızı çıxaracağıq. Mən heç vaxt deməmişəm ki, bu belə tez ediləcək", - deyə Ağ Ev rəhbəri bildirib.

Ötən ilin 19 dekabrında ABŞ rəhbərliyi Birləşmiş Ştatların qoşununun Suriya ərazisindən çıxarılmasının başlandığını bildirib.

Daha əvvəl məlum olub ki, ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan tam çıxarılması barədə qərarına baxmayaraq, hərbçilərin bir hissəsi qeyri-müəyyən müddətə qədər ərəb ölkəsinin cənubunda qala bilər.

Xəbər lenti
0