Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İki rayonu vahimədə saxlayan cinayətkarlar tutuldu

© Sputnik / Rahim MuradovMasallı rayon Polis Şöbəsi
Masallı rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 6 yanvar – Sputnik. Masallı və Lənkəran rayonları ərazisində xırdabuynuzlu ev heyvanlarını və ev quşlarını oğurlayan bir qrup şəxs saxlanılıb.

© Sputnik / Rahim MuradovMasallı və Lənkəran rayonlarında heyvan oğurlayan şəxslər saxlanılıb
İki rayonu vahimədə saxlayan cinayətkarlar tutuldu - Sputnik Azərbaycan
Masallı və Lənkəran rayonlarında heyvan oğurlayan şəxslər saxlanılıb

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan istintaq zamanı müəyyən edilib ki, əvvəllər məhkum olunmuş Vücad Bayrmov tanışı Sadiq Xankişiyev ilə qabaqcadan əlbir olaraq 18 noyabr 2018-ci il tarixində Masallı rayonu Kürdəbaz kəndi ərazisində kənd sakini Saməddin Bəyişova məxsus evin həyətində yerləşən tövlədən iki baş qoyun oğurlayıblar. Bundan başqa, V.Bayramov digər tanışı Emin Rəhimovla bir yerdə qabaqcadan əlbir olaraq 15 dekabr 2018-ci il tarixində Kürdəbaz kəndi ərazisində kənd sakini Azad Bəyişova məxsus yaşayış evinin həyətində yerləşən tövlədən bir baş qoyun və 3 baş quzunu oğurlayıblar.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Vücad Bayramov, Emin Rəhimov, Sadiq Xankişiyev müəyyən edilərək istintaqa təqdim ediliblər. Saxlanılan şəxslər törətdikləri cinayətləri, eləcə də Lənkəran rayonu ərazisində də qoyun və ev quşlarını oğurladıqlarını etiraf ediblər. Onlar oğurladıqları qoyunları Cəlilabad rayonu ərazisində satırlarmış.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xəbər lenti
0