BAKI, 6 yanvar - Sputnik. Perunun Braziliya ilə sərhədində 7.2 maqnituda gücündə zəlzələ olub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Perunun geofizika institutu məlumat yayıb.
Bundan əvvəl ABŞ-ın Geoloji Xidməti (USGS) Braziliyada 6.8 maqnituda gücündə zəlzələnin qeydə alınması barədə məlumat verib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.