Dünyanın dörd bir tərəfi silkələnir

© Photo : Antara Foto/Ahmad Subaidi/via REUTERSİndoneziyada zəlzələ
İndoneziyada zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər ilin ilk Günəş tutulmasından sonra belə zəlzələlərin gözlənilən olduğunu bildirirlər.

BAKI, 6  yanvar — Sputnik. Dünyanın hər tərəfində güclü zəlzələlər qeydə alınıb. Sputnik Azərbaycan xəbər verir ki, mütəxəssislər ilin ilk Günəş tutulmasından sonra belə zəlzələlərin gözlənilən olduğunu bildirirlər.

Günəş tutulmasından dərhal sonra Peru və Braziliya sahillərində güclü zəlzələ olub. Zəlzələnin gücü 6,8 baldan 7,2 bala qədər olub.

Los Ancelesdə mobil telefonla zəlzələnin öncədən xəbərdarlığı izlənilir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Zəlzələni qabaqcadan xəbər verən mobil telefon xidməti işə başladı

Bu gün Gürcüstanda da 3,4 bal gücündə zəlzələ olub. Bundan əlavə, İran-İraq sərhədində də 5,7 bal gücündə təkanlar qeydə alınıb. Gələn xəbərlərə görə, xeyli insan xəstəxanaya müraciət edib.

Gecə saatlarında ABŞ-ım Alyaska sahillərində də zəlzələ olub. Təkanların gücü 6,1 bala çatıb.

Nəhayət, İndoneziyanın Xalmaxera adasının yaxınlığında 6.6 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 17:27-də qeydə alınıb. Zəlzələnin episentri Tobelo şəhərindən 151 km qərbdə, ocağı isə 60.6 km dərinlikdə yerləşib.

Xəbər lenti
0