Təhlükəli xəbərdarlıq: "Burada heç nə qalmayacaq"

© AP Photo / Sumeth PanpetchTaylandda yerli əhali qasırğadan qorunmağa çalışır
Taylandda yerli əhali qasırğadan qorunmağa çalışır - Sputnik Azərbaycan
Abunə olmaq
Samuidə xilasedicilər insanları dənizdən uzaq tutmaq üçün xəbərdar etmək məqsədilə qırmızı bayraqlar qaldırıblar

BAKI, 5 yanvar — Sputnik. Tailanddan vətəndaşları "Pabuk" qasırğasına görə çıxarırlar. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, son günlər Tailandın Hakhonsithammarat əyalətində insanlar "Siz burada qala bilmzəsiniz, bu çox təhlükəlidir" sözlərini yük maşınlarında yüksək səslə eşidirlər.

Bölgədə "Pabuk" qasırğasının ən yüksək həddə çatacağı gözlənilir.

O hazırda 60 min rusiyalı turistin istirahət etdiyi Tailandın cənubunda tüğyan etməyə başlayıb.

Спасатели на месте схода оползня на Филиппинах - Sputnik Azərbaycan
Qasırğa qurbanlarının sayı artır

Turistlər də, yerli əhali də təhlükəli bölgəni tərk etməyə imkan tapmayıb. Məmurlar sahildən uzaqlaşmağa yardım edirlər. Onlar sahildə evlərin, restoranların, mehmanxanaların qalmayacağı barədə xəbərdarlıq edirlər.

Samuidə xilasedicilər insanları dənizdən uzaq tutmaq üçün xəbərdar etmək məqsədilə qırmızı bayraqlar qaldırıblar.

Çimərliklər boş olsa da polis növbə çəkir.

Daha əvvəl Samui adasında rusiyalı turistin batan qızını xilas etməyə çalışdığı zaman öldüyü barədə məlumat verilmişdi.

Belə hesab edilir ki, fırtına 1989–cu ildə Tailandda 400 dən çox insanın ölümünə səbəb olan qasırğadan sonra ən güclü qasırğa olacaq.

Xəbər lenti
0