Türkiyədən ABŞ dövlət katibinə sərt cavab gəldi

© Sputnik / Mihail Alaeddin / Mediabanka keçidYPG terror təşkilatının Afrində dalğalanan bayrağı
YPG terror təşkilatının Afrində dalğalanan bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
YPG terror təşkilatının İŞİD-lə mübarizədə bərabər tutulmasını qəti şkildə pisləyirik",

BAKI, 4 yanvar — Sputnik. Türkiyə kürdləri və kürd özünü müdafiə dəstələrini bərabər tutan ABŞ Dövlət katibi Mayk Pompeonun bəyanatını təkzib edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy bildirib.

"Biz Pompeonun bizim ölkə barədə portallardan birinə verdiyi müsahibəsində işlətdiyi ifadələri təkzib edirik. Terrorçuların kürdlərə bərabər tutulması, əgər bu təsadüf deyilsə, onda bu informasiya çatışmazlığına göstərir ki, bu da narahatlıq doğurur. YPG terror təşkilatının İŞİD-lə mübarizədə bərabər tutulmasını qəti şkildə pisləyirik", - deyə Aksoy vurğulayıb.

ABŞ-ın dövlət katibi Mayk Pompeo "Newsmax" telekanalına müsahibəsində Suriyaya dair prezident Donald Trampın təlimatlarından danışıb. Bu zaman Pompeo Türkiyə ilə bağlı qalmaqallı ifadə işlədib.

Türkiyə ordusu Suriya sərhədində - Sputnik Azərbaycan
Türkiyə qoşunları Suriya sərhədinə çatdı

"Bu təlimatları bütün cəbhələrdə yerinə yetirəcəyik. Sadəcə qoşunları geri çəkməklə qalmayacağıq, prezidentin ortaya qoyduğu digər bütün təlimatları həyata keçirəcəyik - türklərin kürtləri qətlə yetirməsinin qarşısını alacaq, Suriyada dini azlıqların hüquqlarının qorunmasını təmin edəcəyik" - deyə dövlət katibi bildirib.

Onun sözlərinə görə, bütün bunlar ABŞ-ın daşıdığı missiyanın parçasıdır: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla üzərində işləməli olduğumuz çox məqamlar var".

Aparıcının "Türkiyə prezidenti güvəniləcək bir ortaqdırmı" sualını Pompeo belə cavablandırıb: "Türklərlə üzərində işləməli olduğumuz bir sıra şeylər var. Onlar NATO-nun müttəfiqidir. Amerikalıları maraqlandıran və və amerikalıların etibarını möhkəmləndirən bir sıra məsələlədə xeyli dəstək olduqları məqamlar var".

Qeyd edək ki, 2018-ci il dekabrın 24-də ABŞ prezidenti qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb. Ağ Ev tərəfindən qoşunların çıxarılması barədə bəyanat verildikdən sonra ABŞ müdafiə naziri Ceyms Mettis və ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerq istefaya gedib.

Xəbər lenti
0