BAKI, 4 yanvar — Sputnik. PKK terrorçuları bu gün sübh saatlarında Türkiyənin Iğdır vilayətinin Aralıq rayonunda yerləşən sərhəd məntəqəsinə hücum ediblər. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, terrorçular məntəqəyə raket zərbəsi endiriblər.
Silahlı hücum nəticəsində 1 əsgər şəhid olub, 2 əsgər yaralanıb. Yaralı hərbçilər Iğdırdakı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin stabil olduğu bildirilir. Bölgədən qaçan terrorçuların yaxalanması üçün əməliyyat başlayıb.
Qeyd edək ki, Aralıq rayonu Türkiyə-İran sərhədində yerləşir.