Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Siqaretlə bağlı xəbərdarlıqdan əməli tədbirlərə keçilib

CC0 / tookapic / сигаретыСигареты, фото из архива
Сигареты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları faktları aşkar edilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 yanvar - Sputnik. Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu məqsədlə reyd keçirilib.

© Sputnik / Shahperi AbbasovaŞəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd
Siqaretlə bağlı xəbərdarlıqdan əməli tədbirlərə keçilib - Sputnik Azərbaycan
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd

Reyd nəticəsində rayon ərazisindəki mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları faktları aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat məbləğində cərimə olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Xəbər lenti
0