İki gündən sonra Günəş tutulacaq

© AP PhotoGünəş tutulması, arxiv şəkli
Günəş tutulması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təbiət hadisəsi Bakı vaxtı ilə saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq

BAKI, 4 yanvar — Sputnik. 2019-cu ilin ilk Günəş tutulması qismən olacaq və yanvarın 6-na təsadüf edəcək. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq. 

Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünəcək.

Xəbər lenti
0