"Azərişıq" ASC: Elektrik enerjisi təchizatında heç bir problem yoxdur

© pixabay / iamrajatagЛампочка, фото из архива
Лампочка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərenerji" və "Azərişıq" ASC-lər istehlakçıların elektrik enerjisi təminatını qarşılayıb

BAKI, 4 yanvar — Sputnik. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1, 2 yanvar tarixlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatında heç bir problem yaranmayıb. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən (ASC) məlumat verilib.

Transformator - elektrik cərəyanı - Sputnik Azərbaycan
HADİSƏ
Abşeronda qəza: Böyük bir ərazi işıqsız qaldı

Qeyd olunub ki, enerji sisteminin dayanıqlığı və etibarlığını qorumaq üçün "Azərenerji" və "Azərişıq" ASC-lərin rəhbərliyi tərəfindən müvafiq əmrlər imzalanıb: "İstehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırırılmasını həyata keçirmək üçün tədbirlər görülüb. Hər iki səhmdar cəmiyyətinin mərkəzi aparatları üzrə məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib".

"Həmin günlərdə yüksək, orta və alçaq gərginlikli bütün ötürücü və paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Hazırda ölkə boyu hər yerdə elektrik enerjisi təchizatında heç bir problem yoxdur" – deyə ASC-dən bildirilib.

Xəbər lenti
0