ABŞ Konqressinin üzvləri "Qurani-Kərim"ə əl basaraq and içiblər

© AFP 2024 / SAUL LOEBABŞ Konqressinin üzvləri "Qurani-Kərim"ə əl basaraq and içiblər
ABŞ Konqressinin üzvləri Qurani-Kərimə əl basaraq and içiblər - Sputnik Azərbaycan
Abunə olmaq
Tlaib və Omar andiçmə mərasiminə ölkələrinin ənənəvi geyimlərində qatılıblar

BAKI, 4 yanvar — Sputnik. ABŞ Konqressinə 6 noyabr aralıq seçkilərində seçilən Nümayəndələr Palatası və Senat üzvləri and içərək vəzifələrinə rəsmən başlayıblar. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Demokratlar Partiyasının xətti ilə Miçiqan ştatından seçilən fələstinli xanım Rəşidə Tlaib və yenə partiya xətti ilə Minnesota ştatından seçilən somalili xanım İlhan Omar "Qurani-Kərim"ə əl basaraq and içiblər.

Здание Конгресса США, фото из архива - Sputnik Azərbaycan
Qaçqın düşərgəsindən Konqresə gedən yol – ABŞ-da ilkə imza atan müsəlman qadınlar

Rəşidə Tlaib ABŞ Konqresinə ilk seçilən müsəlman qadın, Somalidən olan İlhan Omar isə ABŞ Konqresində təmsil olunacaq ilk hicablı müsəlman qadın olacaq. Tlaib və Omar andiçmə mərasiminə ölkələrinin ənənəvi geyimləri ilə qatılıblar.

​Rəşidə Harbi Tlaib 1976-cı il iyulun 24-də Detroytda Fələstindən olan immiqrant ailədə doğulub. Rəşidə Tlaibin anası Beyt Ur əl-Fuka yaşayış məntəqəsində, İordan Çayının qərb sahilində, atası isə Qüds şəhəri yaxınlığında yerləşən Beyt Haninada doğulub.

Tlaib ailəsi öncə Nikaraquaya, daha sonra isə Birləşmiş Ştatlara köçüb. Onun atası "Ford" avtomobil şirkətində işə başlayıb. Valideynlərinin ikisi də işlədiyindən Rəşidə Tlaib qardaş və bacılarının təlim-tərbiyə almasında önəmli yol oynayıb.

Rəşidə Tlaib 1994-cü ildə Detroyt məktəbini, 1998-ci ildə isə Ueyn Dövlət Universitetində Siyasi Elmlər fakültəsi üzrə bakalavr pilləsini bitirib. 2004-cü ildə Thomas M.Cooley Hüquq Məktəbində hüquqşünas ixtisasına yiyələnib.

2008-ci ildə Tlaib Miçiqan ştatının qanunverici orqanına keçirilən seçkilərdə qalib gəlməklə bu ştatda belə bir uğura nail olan ilk müsəlman, ABŞ tarixində isə bütün ştatlarda bu vəzifəyə seçilən ikinci müsəlman kimi tarixə düşüb. 2018-ci ildə isə Tlaib Demokratlar Partiyasından Miçiqan ştatından 13-cü Konqres bölgəsindən Nümayəndələr Palatasına seçilib.

Myanmada qayıq - Sputnik Azərbaycan
Müsəlmanlara qənim kəsilmiş dövlətdən növbəti zərbə

İlhan Omar Somali əsilli, Minnesotadan olan amerikalı siyasətçidir. O, 1981-ci il oktyabrın 4-də Somalinin paytaxtı Moqadişoda doğulub. Onun atası Nur Omar Məhəmməd müəllim işləyib, anası isə İlhan Omar uşaq olduğu vaxt vəfat edib.

İlhan Omar atası və babası tərəfindən böyüdülüb. 1991-ci ildə Somalidə vətəndaş müharibəsi başlayanda İlhan Omar və ailəsi ölkəni tərk edir və 4 il Keniyada qaçqın düşərgəsində yaşayır. 1995-ci ildə isə İlhan Omarın ailəsi ABŞ-a miqrasiya edir. İlhan Mineapolisdə ingilis dilini üç ay ərzində öyrənməklə hamını heyrətə salır.

O, 2011-ci ildə Şimali Dakota Dövlət Universitetinin Siyasi elmlər və beynəlxalq əlaqələr fakültəsini bitirib. 2016-ci ildə Minnesota Nümayəndələr Palatasına keçirilən seçkilərdə qalib gəlib və ABŞ tarixində qanunverici orqana seçilən ilk Somali əsilli amerikalı siyasətçi olub.

2018-ci ildə ABŞ konqresinə keçirilən seçkilərdə Demokratlar Partiyasının namizədi kimi Konqresin aşağı palatasına - Nümayəndələr Palatasına seçilib.

Xəbər lenti
0