SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Trampın qərarı Türkiyə ilə münasibətlərə zərbə vuracaq”

Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, Suriyaya qoşun yerləşdirmiş ölkələr arasındakı maraq toqquşmalarının açıq silahlı münaqişəyə səbəb olacağı istisna edilmir
İlqar Vəlizadə: “ABŞ-ın siyasəti müttəfiqləri ilə olan münasibətlərinə təsir edəcək”

ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılması prosesinin yavaşıdılması barədə göstəriş verib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, baş verənlər ABŞ administrasiyasının ziddiyyətli siyasətinin davam etdiyini göstərir:

“Bu cür siyasət ABŞ-ın müttəfiqləri ilə olan münasibətlərinə təsir edir.  Düşünürəm ki, Trampın bu göstərişi Türkiyə-ABŞ münasibətlərinə növbəti dəfə zərbə vuracaq. Bu bölgə bir çox ölkələr üçün maraq təşkil edir. Ona görə də Suriyada qoşun yerləşdirmiş ölkələr buranı tərk etməkdə maraqlı deyil. Təbii olaraq belə olan halda müxtəlif tərəflər arasındakı maraq toqquşmalarının açıq silahlı münaqişəyə səbəb olacağı istisna edilmir. Bölgədə proseslər hələ uzun müddət bu istiqamətdə inkişaf edəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0