“Region ölkələrinin vəziyyəti hazırda fərqli situasiyalarda inkişaf edir”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində "siyasi trendlər və gözləntilər" mövzusunda təşkil olunmuş tədbirdə Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmirəliyev deyib.
Ekspert bildirib ki, region ölkələrindən olan İran nüvə proqramından nə qədər uzaqlaşsa da, ABŞ sanskiya siyasətini davam etdirəcək:
“Tramp və komandası çalışır ki, İranın region ölkələrinə təsir imkanları sıfırlansın. Çinin İrana qarşı ənənəvi siyasətində də dəyişiklik müşahidə olunur. Xüsusən də iri Çin şirkətlərinin İran bazarını tərk etməsi sosial-iqtisadi böhranın yaranmasına gətirib çıxardı. Ermənistandakı vəziyyətə gəldikdə isə yeni hakimiyyət əvvəlkilərdən fərqləndiyini göstərməlidir. Azərbaycan tərəfi jest olaraq Qarabağın azərbaycanlı icmasının rəhbərliyini dəyişdi. Düşünürəm ki, bundan sonra icmalar arası dialoq intensivləşəcək”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz