Qaşıqçı işi üzrə məhkəmə başladı, 5 nəfərin edam olunması istənildi

© Photo : Xədicə Cengizin şəxsi arxivindənCamal Qaşıqçı nişanlısı Xədicə Cengiz ilə
Camal Qaşıqçı nişanlısı Xədicə Cengiz ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmə prosesində dövlət ittihamçısı olan prokuror 11 şübhəlidən 5-nə edam cəzası istəyib

BAKI, 3 yanvar — Sputnik. Səudiyyə Ərəbistanında jurnalist Camal Qaşıqçının qətli ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan 11 şübhəlinin ilk məhkəmə dinləməsi keçirilib. .

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məhkəmə prosesində dövlət ittihamçısı olan prokuror 11 şübhəlidən 5-nə edam cəzası istəyib.

Tofiq Abbasov - Sputnik Azərbaycan
Politoloq: “Qaşıqçı cinayəti ilə bağlı son sözü demək hələ tezdir”

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

Hadisədən 18 gün sonra isə Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Qaşıqçı İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü açıqlayıb. Rəsmi məlumata əsasən, Camal Qaşıqçı konsulluqda olarkən, onu Səudiyyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb. İndiyə qədər jurnalistin cəsədinin harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

Xəbər lenti
0