İki yaşlı uşaq nəhənglərin arasında

© AP Photo / Petr David JosekZiyarətçi zooparkdakı kərgədana alma yedizdirir
Ziyarətçi zooparkdakı kərgədana alma yedizdirir - Sputnik Azərbaycan
Abunə olmaq
Mühafizəçilər cəld tərpənərək, uşağı qəfəsdən çıxara biliblər

BAKI, 3 yanvar — Sputnik. ABŞ-ın Florida ştatında yerləşən zooparkda qorxulu anlar yaşanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki yaşlı uşaq gözdən uzaqlaşaraq kərgədanlar olan qəfəsə girib.

Uşaq dəmir barmaqlıqlar arasında kərgədanların olduğu qəfəsə daxil olduqdan sonra heyvanlar ona doğru gəliblər. Mühafizəçilər cəld tərpənərək, uşağı qəfəsdən çıxara biliblər.

Uşaq üz nahiyyəsindən xəsarət alıb. O və anası xəstəxanaya çatdırılıb. Körpənin atası hadisəni "dəhşətli səhnə" kimi dəyərləndirb.

Xəbər lenti
0