CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstanda "donuz qripi" altı nəfərin ölümünə səbəb olub

CC0 / Martin Büdenbender / DoctorHəkim əməliyyatdan əvvəl
Həkim əməliyyatdan əvvəl - Sputnik Azərbaycan
Abunə olmaq
Laboratoriya şəraitində xəstəliyə yoluxma 140 halda "donuz qripi" olaraq təsdiqlənib

BAKI, 3 yanvar — Sputnik. Laboratoriya araşdırmalarına görə, Gürcüstanda 6 nəfər H1N1 – "donuz qripindən"dünyasını dəyişib. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Xəstəliyə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

Məlumata görə, hazırda Gürcüstanda 100 min nəfərdən 277 nəfəri qrip virusu xəstəsidir. Qısacası ölkədə qrip epidemiaysı yoxdur. Epidemiya o zaman hesab eidlir ki, xəstəliyə yoluxanların sayı 100 min nəfər 450-500 olsun.

Эпидемический грипп и ОРВИ - Sputnik Azərbaycan
CƏMİYYƏT
Batumidə "donuz qripi": Azərbaycanlı turistlər qonşu ölkədə yoluxa bilərlər

Laboratoriya şəraitində xəstəliyə yoluxma 140 halda "donuz qripi" olaraq təsdiqlənib.

"Donuz qripindən" ilk ölüm halı dekabrın sonunda Batumi şəhərində qeydə alınıb.

H1N1 – A virusunun alt tipidir. (Daha çox epidemiya şəkilində yayılan tip)

Çox zaman xəstəlik qripə bənzər şəkildə öznüün biruzə edir və bir həftə ərazində heç bir fəsad olmadan keçir.

Ancaq xəstəliyin virus pnevmaniyası ilə müşahidə edilən ağır formaları da var.

Belə ki, o bakterial pnevmoniyadan fərqli olaraq, antibiotikə qarşı həssas deyil və düzgün müalicə edilmədiyi təqdirdə yoluxmadan 24 saat sonra ölümcül ola bilər.

Qripin əlamətləri əksər hallarda hərarətin qalxması, öskürək, boğazda ağrı, əzələlərdə ağrı, baş ağrısı, taxikardiya və zəifliklə müşahidə edilir. Nadir hallarda ürəkbulanma, qusma və ya ishal da müşahidə edilə bilər.

Xəbər lenti
0