BAKI, 3 yanvar — Sputnik. Bu gündən başlayaraq təhsil nazirinin müvafiq əmri ilə ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyası başlayır. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.
O bildirib ki, 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayır. Bütövlükdə imtahan sessiyası fevralın 2-dək davam edəcək.