SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Əfqanıstandan çıxır – 7 min hərbçi geri qayıdır

© AFP 2024 / Dimitar DILKOFFABŞ ordusu
ABŞ ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Əfqanıstanda "Taliban" yaraqlılarının mövqelərinə zərbələr endirmək üçün zərbə qrupları qalacaq

BAKI, 3 yanvar — Sputnik. Birləşmiş Ştatlar Əfqanıstanda hərbi mövcudluğunu iki dəfəyə qədər azaldacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Military.com" nəşri Pentaqonda olan mənbəyə istinadən bildirib. 

Mənbə bildirib ki, Birləşmiş Ştatlar və NATO qoşunlarının Əfqanıstandakı qoşunlarının rəhbəri, general-leytenant Skott Miller 14 minlik hərbi kontingentin, təxminən, 7 minini ölkədən çıxaracaq. Qiymətləndirmələrə əsasən qoşunlar 8-12 ay ərzində çıxarılacaq.

Mənbə vurğulayıb ki, Əfqanıstanda "Taliban" yaraqlılarının mövqelərinə zərbələr endirmək üçün zərbə qrupları qalacaq.

Qeyd edək ki, 2018-ci ilin sonunda Ağ Evdən bildirilib ki, ABŞ lideri Dponald Tramp ABŞ hərbçilərinin Əfqanıstanda kontingentinin azaldılması haqda əmr verməyib.

Xəbər lenti
0