BAKI, 3 yanvar — Sputnik. Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda Zığ dairəsi Hava limanı istiqamətində də sürətlər endirilib. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edilir. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edilir.