BAKI, 2 yanvar — Sputnik. Hindistandan Türkiyəyə bayram gəzintisinə gedən bir gənc faciə ilə üzləşib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Kartık Şarma adlı gənc turist axşam gəzintisi zamanı dostları ilə birlikdə Zevs mağarasına girib.
22 yaşlı oğlan mağaradakı kiçik göldə üzmək qərarına gəlib. Suya girən hindistanlı turist bir müddət sonra yoxa çıxıb. Dostlarının axtarışı nəticə verməyib və Kartık Şarmanı axtarmaq üçün mağaraya dalğıclar gəlib. Dalğıclar turistin cəsədini sudan çıxarıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.