BAKI, 2 yanvar — Sputnik. "Tramp prezident kimi ümidləri doğrultmadı". Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri 2012-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olan və 2018-ci ildəki aralıq seçkilərində yenə eyni partiyadan senator seçilən Mit Romni deyib.
O bildirib ki, Tramp irqi, cinsi, milli ayırı-seçkilik salan, demokratiya əleyhdarı olan bir şəxsdir: "Trampın xarakteri ABŞ-ın prezidenti olmaq üçün kifayət etmir və o, prezidentlik kürsüsünə yaraşmır".
Romni əlavə edib ki, 2016-cı ildə keçirilən prezident seçkilərində Respublikaçılardan seçilən Trampın namizədliyinə də qarşı çıxıb: "Mən onun siyasətini dəstəkləmirəm. Ölkəmin maraqlarına xidmət etdiyini düşündüyüm siyasi gedişlərini dəstəkləyib digərlərinə qarşı çıxacağam".