CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gündən etibarən milyonlarla insan "Whatsapp"sız qalacaq

CC0 / Heiko / WhatsappWhatsApp logo
WhatsApp logo - Sputnik Azərbaycan
Abunə olmaq
Köhnə markalı telefonların sahibləri yaxın günlərdə "Facebook"dan da istifadə edə bilməyəcəklər

BAKI, 2 yanvar — Sputnik. Bu gündən etibarən bəzi köhnə markalı telefonların sahibləri artıq "Whatsapp" işlədə bilməyəcəklər. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu qadağa "Nokia S240", "Nokia Asha 501", "Nokia Asha 210" və "Nokia Asha 301" markalarına tətbiq ediləcək.

Bununla da milyonlarla insan "Whatsapp"-dan istifadə edə bilməyəcək. Hətta, sözügedən markalı telefonların sahibləri yaxın günlərdə "Facebook"dan da istifadə edə bilməyəcəklər.

Bundan əlavə, bildirilir ki, 1 yanvar 2020-ci ildən etibarən "iOS 7" ilə işləyən "iPhone"larda "Whatsapp"dan istifadə mümkün olmayacaq.

Xəbər lenti
0