BAKI, 2 yanvar — Sputnik. Göygöl rayonunun Sarısu kəndində ümumi sahəsi 32 m² olan tövlənin çardağı 7 m² sahədə və içərisinə yığılmış 6 ton ot bağlamasının 1 tonu yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.