Aslan zoopark əməkdaşını parçalayıb

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidSirkdə şir, arxiv şəkli
Sirkdə şir, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Polis əməkdaşları gəncin cəsədini qəzəbli şirin caynağından çıxarmağa cəhd etsələr də, heyvan buna imkan verməyib

BAKI, 2 yanvar — Sputnik. ABŞ-da zooparka faciə baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, hadisə Şimali Karolina ştatında yaşanıb.

Zooparkda 22 yaşlı stajor Aleksandr Blakı aslan parçalayıb. O, zooparka 2 həftə öncə işə düzəlibmiş.

Polis əməkdaşları gəncin cəsədini qəzəbli şirin caynağından çıxarmağa cəhd etsələr də, heyvan buna imkan verməyib. Nəticədə onu iynə ilə yatızdırmaq məcburiyyətində qalıblar.

Məlum olub ki, bu zooparkda işçilərin və ziyarətçilərin təhlükəsizliyi lazımi səviyyədə qorunmur. Faktla bağlı araşdırmalara başlanıb.

Xəbər lenti
0