Suriyadan çıxarılacaq ABŞ ordusu üçün gözlənilməz marşrut

© AP Photo / Dario Lopez-MillsABŞ ordusunun əsgərləri, arxiv şəkli
ABŞ ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbçilər İraq mərkəzi hökümətinin nəzarətində olan bölgələrə deyil, kürdlərin məskunlaşdığı Ərbilə yerləşdiriləcək

BAKI, 2 yanvar — Sputnik. "Suriyadan çıxarılcaq Amerika hərbçiləri İraq mərkəzi hökümətinin nəzarətində olan bölgələrə deyil, kürdlərin məskunlaşdığı Ərbilə yerləşdiriləcək. Onların bir hissəsi Ərbildən ABŞ-a qayıdacaq".

Suriyada ABŞ əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
ABŞ ordusunun Suriyaya dair planları açıqlandı

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin bir rəsmi nümayəndəsi məlumat verib. O, ABŞ hərbçilərinin Suriyadan Ərbilə keçməsini ölkəsinin suverenliyinin pozulması kimi dəyərlədirmədiklərini bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hərbçilərin Suriyadan çıxarılacağı barədə rəsmi əmr versə də, ordunun Suriyadan necə çıxaracağı barədə açıqlama verilməyib.

Xatırladaq ki, 2014-cü ildə İŞİD terro təşkilatı meydana gəldikdən sonra ABŞ qoşunları Suriyaya girmiş və Harir hərbi bazasını tamamilə nəzarət altına almışdı.

Xəbər lenti
0