BAKI, 1 yanvar — Sputnik. Rusiyanın Krasnodar vilayətində yaşayan bir qadının üzünə bəxt gülüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, qadın supermarketdən 3 ədəd xama almaqla 2 otaqlı ev udub. Bunun üçün 3 xama alıb çeki qalmaq və üzərinə şəxsi məlumatları yazıb çarxın içinə atmaq lazım idi. 75 min çekin içindən məhz qadının çeki qalib kimi çıxarılıb.
Qadın əvvəllər bir otaqlı evdə yaşayıb və işə getmək üçün saatlarla vaxt itirirmiş. Ona görə də yeni evinə köçəcək ki, yolda vaxt itirməsin.
Qeyd edək ki, 3 ədəd xama 3 manat 95 qəpik edib.