SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yerevan Moskva ilə fikir ayrılıqlarını etiraf etdi

© Sputnik / Asatur YesayantsМинистр иностранных дел Зограб Мнацаканян на церемонии выдачи дипломов выпустникам военных вузов (25 июля 2018). Еревaн
Министр иностранных дел Зограб Мнацаканян на церемонии выдачи дипломов выпустникам военных вузов (25 июля 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Mnatsakanayan bildirib ki, Ermənistanda baş verənlərlə bağlı Moskvada ölkənin xarici siyasətinin saxlanılmasına dair suallar qalıb

BAKI, 1 yanvar - Sputnik. Moskva ilə əlaqələrin dərinləşdirilməsi Yerevan üçün həyatı əhəmiyyətə malikdir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın İctimai televiziyasına müsahibəsində bu ölkənin xarici işlər naziri səlahiyyətlərini icra edən Zöhrab Mnatsakanyan bildirib.

“Biz təsdiqlədik ki, yeni hökumət Rusiya ilə əlaqələri dərinləşdirmək və genişləndirmək siyasətini davam etdirir. Strateji əlaqələr bir günə qurulmayıb. Biz Avrasiya İqtisadi ittifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi müxtəlif strukturlarda əməkdaşlıq edirik. Biz bütün bunları bərabərhüquqlu, strateji tərədaş kimi dərinləşdirmək və genişləndirmək niyyətindəyik”, - deyə Mnatsakanyan bildirib.

Vladimir Putin və Nikol Paşinyan Soçi görüşü zamanı, 14 may 2018-ci il - Sputnik Azərbaycan
QARABAĞ
Putin-Paşinyan görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb

Onun sözlərinə görə, belə bir əməkdaşlığa nümunə Ermənistan humanitar missiyasının Suriyaya göndərilməsidir.

Bu növ mesajların Rusiyaya çatmaması barədə suala cavab olaraq Mnatsakanayan bildirib ki, onun fikrincə, Ermənistanda baş verənlərlə bağlı Moskvada ölkənin xarici siyasətinin saxlanılmasına dair suallar qalıb: “Əgər bunun üçün səbr etmək lazımdırsa onda bu səbr bizdə var... Bizim müxtəlif səviyyələrdə kifayət qədər aktiv və işlək dialoqumuz var. Təbii ki, fikir ayrılıqları olan məsələlər var. Lakin tərəflər işləməyi davam etdirilər.
Ermənistan bu yoldan ayrılmaq niyyətində deyil, çünki bu bizim milli maraqlarımızdan irəli gəlir".

Xəbər lenti
0