BAKI, 31 dekabr – Sputnik. Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Rusiyanın Fövqəladə Hallar Nazirliyi partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb. Dağıntılar altından 10 nəfərin, o cümlədən bir azyaşlının çıxarıldığı bildirilib. 18 nəfər evakuasiya edilib. Partlayan binada 1100 nəfər yaşayır. Dağılan blokda 110 sakin qeydiyyatda olub.
Hazırda 79 nəfərin taleyi məlum deyil.
Partlayış və binanın çökməsi arasında neçə dəqiqə vaxt keçib. Şahidlər bildirilər ki, xilas olmaq istəyən insanlar pəncərələrdən tullanırlarmış.
Печально...
— Andrew Glucke (@Garbage_Glucke) December 31, 2018
МЧС: г. Магнитогорск ул. Карла-Маркса д.164 произошло обрушение подъезда. Проводится эвакуация жителей. Проезд по улице закрыт. Уступите дорогу спецтранспорту. Телефон пожарно-спасательной службы 101. pic.twitter.com/kqynmmXUGR
Ərazidə, həmçinin təcili tibbi yardım briqadaları fasiləsiz fəaliyyət göstərirlər.
Prezident Vladimir Putin hadisə barədə dərhal məlumatlandırılıb. Dövlət başçısının tapşırığı ilə fövqəladə hallar naziri Yevgeni Ziniçev və səhiyyə naziri Veronika Skvortsova hadisə yerinə gəlib.