CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astroloq: “Azərbaycanda populyar olan 6 məmur vəzifəsini itirəcək”

© Sputnik / Murad OrujovAstroloq Səbuhi Rəhimli
Astroloq Səbuhi Rəhimli - Sputnik Azərbaycan
Abunə olmaq
"Yalan və pafoslu sözlərə inanan olmayacaq"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 31 dekabr — Sputnik. İlin bitməsinə barmaqla sayılacaq saatlar qalıb. Qarşıda bizi 2019-cu il gözləyir. Şərq təqviminə görə, 2019-cu il sarı qaban üzərində təhvil olunur. Mütəxəssislərin fikrincə, il sakit, səssiz keçəcək. Qaban ili yalanı sevmədiyi üçün dili yalana öyrənən, həyatını yalan üzərində quran insanlar bu il itirəcək.

Sarı it ili kimlər üçün uğurlu olacaq - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Sarı it ili kimlər üçün uğurlu olacaq?

Sputnik Azərbaycan astroloq Səbuhi Rəhimlinin Qaban ili ilə bağlı proqnozlarını öyrənib.

- Qarşıdan 2019-cu il gəlir. Bu ili necə xarakteristika edirsiniz?

- Qarşıdan gələn il "Sarı qaban" ilidir. Buna donuz ili də deyilir. İl 2019-cu ilin fevralın 5-də başlayacaq və 2020-ci ilin yanvarın 24-də bitəcək. Hələ ki, fevralın 5-ə qədər İt ilinin himayəsində olacağıq. Astroloji məlumatlara görə, Qaban ili sakit ildir. İt ili də sakit il idi. Hətta belə bir qənaət var ki, İt ilində müharibələr olmur. Ancaq Qaban ili İt ilindən də sakitdir. Belə ki, İt ilində olan problemlər belə, Qaban ilində həllini tapır.

2018-ci ilin proqnozunda müharibə olmayacağını qeyd etmişdim. Həqiqətən də müharibə olmadı. Məsələn, bəzi illər hərb sahəsində, maliyyə böhranı sahəsində daha aqressiv olur. Hərbi illərə Xoruz, Pələng, maliyyə böhranı yaradan Meymun ilini misal göstərmək olar. Tarix boyu Qaban illərində, demək olar ki, müharibə olmayıb. Daha çox sülh müqavilələri imzalanıb.

İt ilinin sonuna yaxın yenə də hərbi siyasi gərginlik müşahidə edilir. Balkanlarda, Qərb-Rusiya, Ukrayna- Rusiya arasında olan münasibətlərdə gərginlik var. Bəzi politoloqlar açıqlamalarında müharibənin qaçılmaz olduğunu, yüngül hərbi əməliyyatların başladığını qeyd edir. Ancaq proqnozlara görə, müharibə ehtimalı azalır və yanvar ayı daxilində bütün problemlər həllini tapacaq.

- 2018-ci ilin sonu 2019-un əhali üçün heç də arzulanan olacağını vəd etmir. Devalvasiya proqnozlaşdırılırmır?

Cuna Davitaşvili - Sputnik Azərbaycan
CƏMİYYƏT
Zirəddin Rzayevdən şok xəbərdarlıq: Onun mirası lənətlənib

- 2019-cu il əhali üçün ruzi bərəkətli olacaq. Mənim öz hesablamama görə, ilin ilk 3 ayında hər hansı kəskin bir devalvasiya gözlənilmir. Dolların 10-20 qəpik bahalaşması devalvasiya demək deyil.

- Bu il şanslı olmaq üçün nə etmək lazımdır?

- İlin "oyun" qaydaları var. Şanslı olmaq üçün ilin nəbzini tutmaq lazımdır. Belə ki, Qaban ilində dürüst olmaq, yalan vəd verməmək, kollektivlə görüləsi işləri təkbaşına görməmək lazımdır. Qaban ili gizlinlərin açılacağı ildir. Korrupsiya, maliyyə oğurluğu, rüşvət və digər sirlər baxımından, tarixi faktlara əsaslanan sirlər məhz bu il açılacaq. Çox hadisələrin nədən baş verdiyinə bu il şahid olacağıq. Bu, özünü həm Azərbaycan, həm də dünya çapında büruzə verəcək. Məsələn, Səddam Hüseynə hücum kimyəvi silahla bağlı olmuşdu. Amma iş bitəndən sonra məlum oldu ki, heç kimyəvi silah olmayıb. Bu il açılacaq sirlər də bu qəbildəndir.

- Qaban ilinin iqtisadiyyata təsiri necə olacaq?

- Savaş, mübarizə hər zaman olub. İt ilində savaşlar, mübarizələr ailə, qısqanclıq, münasibətlər zəminində idisə, Qaban ilində bu, mülkiyyət üzərində mübarizəyə çevriləcək. Qaban ilində mülkiyyət üstündə savaş qızışacaq.

Gələn il inhisar müəlliflərinin yarısı müəllifliyini itirəcək. Bu, həm kiçik, həm də böyük inhisarçılara aiddir. Bu proses çox ciddi olacaq. Demək olar ki, son 15-20 ildə belə hadisə müşahidə edilməyib. Qaban ili dürüstlüyü sevdiyi üçün bəzi şeyləri gizlətmək olmayacaq. Artıq proseslər başlayıb.

Пресс-конференция на тему Умерла ли парапсихология в Азербайджане после Этибара Элькина? - Sputnik Azərbaycan
CƏMİYYƏT
"İndi özünə ekstrasens deyənlərin ən yaxşıları Etibar Erkinin tələbələridir"

- Qaban ilində ölkəmizlə bağlı proqnozlarınız necədir?

- Populyar olan 6 məmur vəzifəsini itirəcək. Onlar arasında nazirlər də var. Gələn il Azərbaycanda ictimai-siyasi mənzərə fərqli olacaq. Çox zaman Qarabağla bağlı proqnoz istəyirlər. Qarabağda baş verən hadisələrə astroloji yanaşma düzgün deyil. Astroloji yanaşmada uğurlu hərbi əməliyyatlar üçün zaman kəsikləri göstərilir.

Fevral, may və avqust ayları hərbi əməliyyatlar üçün uğurludur. Dünyanın bizə olan təzyiqindən asılı olaraq addım ata bilərik. Qeyd olunan aylarda aprel döyüşlərindən belə, uğurlu döyüşlər edə bilərik. Məsələn, aprel döyüşlərindən öncə verilən proqnozlardan biri bu idi ki, martın sonu aprelin əvvəli uzunmüddətli atəşkəs pozulacaq və hərbi əməliyyatların şahidi olacağıq. Mən bir həftəlik qeyd etmişdim. Amma bu 4 gün davam etdi.

- İlin aktiv bürcləri hansılardır?

- İlin aparıcı planeti Marsdır, Mars da Əqrəb və Qoç bürcünü idarə edir. Bu iki bürc ilin aparıcı bürcləridir. Həm də biri od, biri su olduğu üçün istər-istəməz təsir edir. Buna görə də, Qoç, Şir, Oxatan, Xərçəng, Əqrəb, Balıqlar öz meydançalarında oynayan oyunçu kimi olacaqlar. Ancaq bu insanlar heç də həmişə udan tərəf olmur. Buna görə də sadəcə ilin nəbzini tutmaq lazımdır.

- Qaban ilində Avropanı nə gözləyir?

- Avropa üçün son 20 ilin ən ağırı olacaq. Türkiyədə Rəcəb Tayyib Ərdoğan hakimiyyətində bu günə qədər yaşamadığı çətinliyi yaşayacaq. Hətta hakimiyyətdə qalıb-qalmamaq riski ilə üz-üzə qalacaq. Hakimiyyətdə qalıb-qalmaması isə atacağı addımlardan və görəcəyi tədbirlərdən asılıdır.

Toy günü - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlıların kabus ayı və ya mayda niyə toy etməyək?

- 2018 yaddaşlarda təbii fəlakətlər ili olaraq qaldı. 2019-cu ildə də təbii fəlakətlər proqnozlaşdırılırmı?

- Yox, Qaban illərində belə hallar baş vermir. Ancaq bunu proqnozlaşdırmaq da olmur. Müşahidə astrologiyasına nəzərən demək olar ki, Qaban ilində Ərzurumda 15 min, Tokioda 105 min insanın ölümünə səbəb olan zəlzələlər baş verib. Ancaq Qaban ilində başqa təbiət hadisələri müşahidə edilməyib. Bu il elədir ki, gərək ona qədər əlində olanları qoruya bilsən, Qaban ilində itirə bilməzsən.

- Qaban ilində hər hansı epidemiya, xəstəliklər gözlənilirmi?

- Xeyr. Ən azından Azərbaycan üçün belə təhlükə müşahidə edilməyəcək.

- Qaban ili hansı peşə sahibləri üçün uğurlu olacaq?

- Qaban ilində fərdi fəaliyyət göstərən peşə sahibləri daha çox uğur əldə edəcək. Yazıçılar, bəstəkarlar, rəssamlar, jurnalistlər üçün bu il daha uğurludur. Dənizçilik, gəmiçilik, balıqçılıq və hüquq sahəsində olan insanlar, prokurorluq əməkdaşları, gömrük və s. peşə sahibləri üçün uğurlu olacaq.

- Hər il müxtəlif günəş və ay tutulmaları baş verir? Qaban ilində neçə tutulma olacaq?

- Qaban ilində 3 günəş və 2 ay tutulması baş verəcək. Günəş tutulmaları qismən, tam, həlqəvari baş verəcək. İlk qismən günəş tutulması yanvarın 6-da baş verəcək. Tutulma şimal-şərqi Asiya, Sakit Okeanın şimal hissəsi, Vladivostok, İrkutsk, Maqadan, Ulan Bator, Pekin və s. yerlərdə müşahidə ediləcək.

İkinci tam günəş tutulması 2-3 iyulda, yerli saatla 20.55-də baş verəcək və 01.50-yə qədər davam edəcək. Tutulma Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubunda müşahidə olunacaq. Üçüncü həlqəvari tutulma isə 2019-cu ilin dekabrın 26-da baş verəcək. Bu, əsasən, Asiyada - Avstraliya, Səudiyyə Ərəbistanı, Hindistan, Sumatra, Borneoda görüləcək. Bakıda 8:03-dən 8:52-yə qədər səhər tezdən, günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək olacaq.

Календарь на 2018 год - Sputnik Azərbaycan
Bizi 2018-də nələr gözləyir: "İt ili"nin gətirdikləri...

2019-cu ildə iki ay tutulması baş verəcək. Bu tutulmalar Azərbaycan ərazisində müşahidə olunmayacaq. Bunlardan biri tam tutulma 21 yanvarda 7.34-də başlayıb, 10.51-ə qədər davam edəcək. Tam tutulma 1 saat 2 dəqiqə çəkəcək. Mərkəzi Sakit okean, Amerika, Afrika, Avropada müşahidə olunacaq.

Ayın qismən tutulması isə iyulun 17-də saat 00.03-də başlayıb 02.59-a qədər davam edəcək. Tutulma Azərbaycanda müşahidə olunmayacaq. Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliyada görünəcək.

- Son olaraq nə demək istərdiniz?

- Qeyd edim ki, Qaban sözə deyil, əmələ inandığı üçün bu il sözə inananlar az olacaq. Bu il xoş sözlə heç kimi aldatmaq olmayacaq. Elə mübahisələr də bundan sonra başlayacaq. Yalan və pafoslu sözlərə inanmayacaqlar. İnsanlar reallıqla yaşayacaqlar.

Xəbər lenti
0