BAKI, 31 dekabr — Sputnik. “Report” İnformasiya Agentliyi 2018-ci ildə xarici valyutaların Azərbaycan manatına nəzərən məzənnəsinin dinamikasını nəzərdən keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, milli valyutamız əksər dövlətlərin milli valyutaları qarşısında bahalaşıb.
Manat ən çox Argentina pesosu, Türkiyə lirəsi və Rusiya rublu qarşısında dəyər qazanıb - müvafiq olara 49,89%, 28,61% və 16,95%. Bu, həmin ölkələrin pulunun kəskin dəyərdən düşməsi ilə bağlıdır.
Manatın qarşısında ən az bahalaşdığı xarici valyuta isə ABŞ dolları olub – cəmi 0,01%.
Bu il Azərbaycanın milli valyutası cəmi 5 xarici valyuta qarşısında ucuzlaşıb. Bunlar Ukrayna qrivnası, yapon yeni, Moldova leyi, Livan funtu və Meksika pesosudur. Dəyər itirilməsi müvafiq olaraq 1,98%, 1,9%, 0,3%, 0,27% və 0,12% təşkil edib.