CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözünüzün sağlamlığı üçün mütəxəssisdən tövsiyələr

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidВрач-офтальмолог, фото из архива
Врач-офтальмолог, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Göz sağlamlığı üçün siqaretdən, alkoqollu içkilərdən imtina etmək lazımdır" - Fatih Atmaca

BAKI, 31 dekabr — Sputnik. Türkiyənin göz sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi Fatih Atmaca bir sıra tövsiyələr verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, həkim bir sıra göz xəstəliklərinin ilkin əlamətinin olmadığını deyərək vaxtaşırı müayinələrdən keçməyin vacibliyini vurğulayıb.

Göz - Sputnik Azərbaycan
CƏMİYYƏT
Görmək istəmiriksə, gözümüz ağrıyır

"Yaşlandıqca göz xəstəlikləri baş qaldırır. Lakin vaxtında müayinə olunmaqla göz xəstəliklərinin yaranmasının qarşısını almaq mümkündür. Hətta gözün ümumi müayinəsi ilə bir sıra xəstəlik və problemləri erkən olaraq aşkarlamaq mümkündür" – deyə həkim bildirib.

O, müayinə edən həkimə genetik göz xəstəlikləri ilə bağlı məlumatların verilməsinin də vacibliyindən danışıb.

Fatih Atmacanın sözlərinə görə, göz xəstəliklərindən qorunmaq üçün gigiyenik qaydalara əməl etmək də önəmlidir: "Gözə mikrob düşməməsi üçün linza taxmazdan öncə əlləri yaxşı yumaq lazımdır".

Mütəxəssisin sözlərinə görə, bundan başqa göz sağlamlığı üçün siqaretdən, alkoqollu içkilərdən imtina etmək, daha çox təbii yollarla qidalanmaq, meyvə və tərəvəz tükətməmək, balıq yemək, kompüterdən uzaq olmaq tövsiyə olunur.

Xəbər lenti
0