BAKI, 31 dekabr — Sputnik. Türkiyənin Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Membiçdə əməliyyat aparmaq üçün hazırlıqları tamamlayıb.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Türkiyə ordusu PKK terror təşkilatının yerləşdiyi Membiçi mühasirəyə almağı sürətləndirib. Bu qərar Əsəd rejiminə bağlı qüvvələrin Membiçin qərbindəki Arime bölgəsindən daha da cənuba çəkilməsinə səbəb olub.
ASO sözcüsü Yusuf Hamud hazırlıqların tamamlandığını, əməliyyatı başlamaq üçün əmir gözlədiklərini söyləyib. Hamud, Əsəd rejim ilə PKK arasındakı çəkişməni yaxından izlədiklərini bildirib.
Qeyd edək ki, ABŞ əsgərlərinin hələ də çıxmadığı və 7 mindən çox PKK terrorçusunun olduğu Membiçdə gərginlik davam edir. Əsəd rejimi ilə PKK arasında gedən oyun bölgə əhalisi arasında narahatlıq doğurub.